XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



“Erməni yaraqlıları Qarabağda sülhməramlıların gözü qarşısında səngər qazırlar” - VİDEO
MƏMLƏKƏT 19:36 / 03.05.2022

Qış fasiləsindən sonra Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilər yenidən mühəndis işlərinə start veriblər.

 

Bu barədə Caliber.az məlumat yayıb.

 

Belə ki, mayın 3-də erməni yaraqlıların Xocavənd istiqamətində uzunmüddətli atəş mövqeləri qurduğu müşahidə olunub. Üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verib. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar.

 

Videodan aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin sülhməramlılar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə öz iştirakları ilə onlar üçün örtük rolunu oynayıblar.

 

Yenises.az  pravda.az-a  istinadla  həmin görüntüləri təqdim edirik:

 

 

 



5764 oxunub

InvestAZ