XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Sumqayıtdakı yanğınla bağlı cinayət işi başlandı
Gündəm 22:38 / 28.04.2022

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye parkı" kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.

Ilkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcəkdir.


2880 oxunub

InvestAZ