XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Kürütökmə dövrü başlayır...
HÜQUQ 12:15 / 28.04.2022

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir.

Yenises.az  xəbər  verir  ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Publika.az-a  bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək.

Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.


3710 oxunub

InvestAZ