XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Mənsimov növbəti gəmiyə Cəbrayıl Dövlətzadənin ADINI VERDİ
HÜQUQ 17:09 / 27.04.2022

"Palmali"nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq.

Yenises.az xəbər  verir ki, bu barədə şirkət rəsmisi Fidan Quliyeva məlumat verib.

F.Quliyeva qeyd edib ki, azərbaycanlı iş adamı, "Palmali Holding”in rəhbəri Mübariz Mənsimov şəhid anası Məleykə Məmmədzadəyə zəng edərək oğlu Cəbrayıl Dövlətzadənin adının növbəti gəmiyə veriləcəyi xəbərini ona çatdırıb.

Əsgər Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları, həmçinin, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


3784 oxunub

InvestAZ