XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Jurnalist barədə şikayəti icraata götürülmədi
HÜQUQ 09:44 / 19.04.2022

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev jurnalist Cavid Şirəliyev barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Yenises.az  xəbər verir ki, şikayət ərizəsində iddia olunub ki, Cavid Şirəliyev bir neçə gün əvvəl saytlardan birində icra başçısı barəsində şərəf və ləyaqətə xələl gətirən məqalə yayımlayıb.

Bununla bağlı jurnalistin Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə ittiham olunması tələb olunub.

Masallı Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda jurnalist çıxış edərək sözügedən xəbərin imzasız yayımlandığını, yazının ona aid olmadığını diqqətə çatdırıb.
Məhkəmənin qərarı ilə Əhəd Abıyev tərəfindən verilmiş şikayət əsassız hesab olunaraq icraata götürülməyib.


2251 oxunub

InvestAZ