Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.
Yenises.az bildirir ki, bununla bağlı universitetdən Axar.az -a verilən məlumata görə, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.
Qeyd olunub ki, məlum hadisə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.
Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Aydan Rövşən qızı Əliyeva istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.