XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



AFFA-nın 32 namizədi arasında yerli məşqçi yoxdur - Açıqlama
İDMAN 17:09 / 12.02.2020
AFFA-nın milli komandamızın baş məşqçisi vəzifəsinə namizədləri arasında yerli məşqçi yoxdur.

Bu barədə AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məlumat verib.

Yığmamızın sabiq çalışdırıcısı bildirib ki, AFFA-nın onlara təqdim etdiyi siyahıdakı namizədlərin hamısı əcnəbidir: "Bu gün çoxları32 namizəd arasında olan məşqçilərin adlarını yazır. Bəziləri yerli məşqçilərin adını çəkir. Ancaq mən sizə deyim ki, həmin 32 namizədin hamısı əcnəbidir. Orada yerli məqşçi yoxdur. Ola bilər ki, sabah bizə başqa bir təqdimat gəldi ki, xarici yox, yerli məşqçiləri seçirik. Biz də deyirik ki, namizədlər arasında yerlilər də olmalıdır. Ancaq seçilən yol budur. Biz sırf əldə olan siyahıdakılara qiymət veririk. Yenə də seçim İcraiyyə Komitəsinindir”.

Xatırladaq ki, AFFA-nın yanvarın 28-də keçirilən Konfransında yığmanın yeni baş məşqçisi vəzifəsinə 32 namizədin olduğu açıqlanmışdı.
10516 oxunub

InvestAZ