XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Sayt rəhbəri azadlığa buraxıldı
HÜQUQ 13:44 / 15.04.2022

Ötən gün saxlanılan  sayt rəhbəri Zahir Əmənov azadlığa buraxılıb.

Yenises.az bildirir ki,, bu barədə Report-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, "Cenub.az" xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İttihama görə, Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alıb.


3043 oxunub

InvestAZ