XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Din xadimi olmaq istəyənlər imtahan verəcək
HÜQUQ 21:12 / 14.04.2022

"Hazırda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması prosedurunu tənzimləyəcək qaydalar üzərində iş gedir".

Yenises.az  report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, həmin qaydalarda din xadimi olmaq üçün imtahan verilməsi nəzərdə tutulur:

"İmtahanın isə müsahibə formasında keçirilməsi planlaşdırılır. Yalnız imtahandan uğurla keçmiş namizədlər din xadimi təyin oluna bilər. Həmçinin nəzədə tutulur ki, sənəd qəbulu elektron qaydada həyata keçirilsin və şəffaflığı təmin etmək üçün imtahanda video çəkiliş aparılsın. Bir sözlə, bu istiqamətdə normativ-hüquqi sənəd üzərində iş hələ davam edir".


3507 oxunub

InvestAZ