XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişdi
HÜQUQ 17:08 / 11.04.2022

Milli Məclisin yaz sessiyası çərçivəsində sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

Yenises.az xəbər verir ki, iclasın gündəliyinə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları daxil edilib. Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlərin sayı 5-ə çatıb. Bunlar aşağıdakılardır:

- Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında.

- "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

- "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


2364 oxunub

InvestAZ