Hətəm müəllım bizim ailə ücün həm əziz, həm də DOGMA adam idi. O, Seyran müəllimin bizim evdə günün istənilən vaxtı qapımızı aça biləcək üç, dörd dostundan biri idi. Və Hətəm müəllimə bizim uşaqlar əmi deyirdi. O içəri girən kimi üzündəki uşaqlara məxsus təbəssüm və özünəməxsus ədəblə salamlaşardı. Məncə onun üzündəki uşaq təbəssümü icində qocalmayan, dünya işlərindən çirklənməyən, amma agıllı bir uşagın təbəssümü idi. Mən onun böyük alim olduğuna əminəm.
Cünki biz YENİ BİR ELM KİMİ DOGULAN ALTERNATİV PSİXOLOGİYA ELMİNİ UKRAYNADA YAŞAR İBADOVLA TƏQDİM EDƏNDƏ ƏN COX HƏTƏM MÜƏLLIMİN ELMİ DƏLİLLƏRİNƏ MÜRÜACİƏT ETDİK.
Mənim növbəti dəfə yeni elmi kəşfim "ALMAZ" METODOLOJİ VƏSAİTİM şəhadətnamə alanda dönə-dönə əmin oldum ki, AKADEMİK HƏTƏM QULIYEVİN ELMİ MÜLAHİZƏLƏRİ O qədər praktik və geniş imkanlıdır ki,bu da bütün sahələrdəki yeniliklərin təsdiqinə əsas verir.
Bu kitabda , yəni" Paradiqma veçnoqo kruqovrota materii v kosmoloqii"-da bütün kainat sirrlərinə öz elmi yanaşması ilə HƏTƏM müəllim bir çox insanın, bir çox alimlərin "niyə" suallarına cavab vermək imkanıyla hələ gələcək illərin alimlərini özü bu dünyada olmaya-olmaya YETİŞDİRƏCƏK BİR ALİMDİR, USTADDIR!
Mən şərqşünas, psixolinqvistika kimi gözəl dinimizin yer elmiylə izahını təsdiqini duyanda çox sevindim. Əminəm ki, Böyük alimin bu kitabına müraciət edən hər kəs, hətta ürfan alimləri də öz bildiklərinə təsdiq tapa bilərlər.
Ən nəhayət , bütün materiya və yaradılmışlar sırasında İNSANIN
ƏN YÜKSƏK İDRAK SAHİBİ OLDUGUNU DA HƏTƏM MÜƏLLİMİN ELMİ BİR DAHA ƏSASLANDIRIR.Bildirm'k istəyirəm ki,xüsusən KVANT FİZİKASİ HAQDA MÜBAHİSƏLƏRƏ, FAZA ÇEVRİLMƏLƏRİNİN MAHİYYƏTİNİ açmaqda AKADEMİK HƏTƏM QULIYEV QƏDƏR DOLGUN, REAL, ƏSASLI ELMİ İZAHLARA mən o vaxta qədər rast gəlməmışdim.Birmənalı şəkildə deyə bilərəm ki, Hətəm müəllım yeni sözlərin, əsərlərin yaranış səbəbinin Kainatla bağlı oldugunu, İNSAN DÜŞÜNCƏSİNİN KAİNATA, ORDA Kİ İNFORMASİYALARIN İNSAN aləminə qarşılıqlı əbədi təsirini cəsarətlə, ELMİ əsaslarla ən DOLĞUN şəkildə verən ilk müasir alimdir. Onun sübut etdiyi elmi nəzəriyyə
İNSANLARIN İLHAM, VƏHY SUALLARINA CAVAB TAPMAQDA ən dəqiq vasitədir.
4341 oxunub