XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Ordumuz Ağdərə yüksəklikləri istiqamətində irəliləyir - Video
HÜQUQ 08:27 / 11.04.2022

Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub.

Yenises.az bildirir ki, bu barədə "Caliber”in Yutub kanalında yayımlanan növbəti materialda qeyd olunub.

"ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb”, – müəllif qeyd edir.

Video süjetdə qeyd olunub ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması isə artıq heç nəyi dəyişməyəcək.

"Hazırda Ermənistan tərəfi Fərruxda itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxta isə Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşguldur”, – deyə müəllif əlavə edir.



5456 oxunub

InvestAZ