XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



ƏLÖVSƏT QARACA ƏLİYEV : - İYDƏ AĞACININ ALTINDA HƏZİN DÜŞÜNCƏLƏR... REKVİYEM...
Elm 08:19 / 11.04.2022
İYDƏ AĞACININ ALTINDA  HƏZİN DÜŞÜNCƏLƏR...
...BDU-nun əsas korpusu ilə AMEA-nın əsas korpusu arasında kiçik bir bağ var. Eşitdiyimə görə Elmlər Akademiyası binasının arxasında yerləşən bu bağa gənclər "Sevgililər bağı” deyirlər. Həqiqətən də gönorta saatlarında orada gəncləri çox görmək olar.
...Ancaq biz də gənc olmasaq da, səhərlər orada görüşər, xeyli gəzişər, hər cür maraqlı söhbətlər edərdik.
Bir neçə akademikin, professorun daxil olduğu bu dəstənən başçısı da Bizim HƏTƏM müəllim idi.
Bizim üçün Sadəcə HƏTƏM müəllim!
Ancaq O AZƏRBAYCAN ELMININ GÖRKƏMLİ ALİMİ, QİYMƏTLİ ŞƏXSIYYƏTİ İDİ. 
Əməkdar elm xadimi, akademik, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Hətəm Hidayət oğlu Quliyev. 
Azərbaycanımızın – Qarabağımızın   parlaq ziyalı  insanlarından biri  olan Hətəm Quliyev 06 yanvar 1947-ci ildə Füzuli rayonunda dünyaya göz açsa da, dünyanın çox-çox ölkəsində oldu, mühazirələr oxudu, çıxışlar etdi.
Fələk ona tez qıydı. 21 aprel 2021-ci ildə - ömrünün 75-ci baharında bizləri tərk edərək Haqqın dərgahına qovuşdu. 
Akademik Hətəm Quliyevin vəfatı haqqında elm.az, edalet.az, lent.az, publika.az, report.az, 525.az, azadlıq.az, nokommet, ayna.az, tehsil.biz, konkret.az, apa.az və onlarla digər saytlar və qəzetlər nekroloqlar verərək, elmi ictimaiyyətə başsağlığı dilədilər. Yazdılar ki, əbədi məkanı behiştlik olsun! 
...Dostumuz Akademik Hətəm Quliyevin əbədiyyətə qovuşmasının birinci ildönümü  yaxınlaşır. Ancaq Hətəm müəllim bizimlədir. Sözümüzdə, özümüzdə, işimizdə, ruhumuzdadır. 
...Əvvəllər hər səhər gəzdiyimiz Elmlər Akademiyasının arxa bağında görüşərdik. 
Hətəm müəllimdən sonra xeyli vaxt idi ki, ora biz də getmirdik. 
Hərdən gedəndə də özümüzü unudub həmişə ONUN gəldiyi tərəfə baxıb Onu da gözləyirik...O isə gəlmir ki, gəlmir.
Bir müddət  öncə də ordaydım. Tək idim. Xeyli xəyallandım.
İKILIKDƏ  GƏZƏNDƏ  DAYANDIĞIMIZ  VƏ  ONUN ÇOX  XOŞLADIĞI  XOŞ  RAHIYYƏLI  BAX  MƏHZ  BU İYDƏ  AĞACININ  ALTINDA  XEYLI  DAYANDIM. 
Ruhən danışdım Onunla! 
...Bu bağda Onunla ikilikdə, üçlükdə, dördlükdə, beşlikdə, hətta 8-likdə də, 10-luqda da birgə olub iki-üç cərgədə gəzdiyimiz çox olub.
Ciddi söhbətlərimiz də, elmi müzakirələrimiz də, zarafatlarımız da, şeir deməklər də, lətifə danışmaq da, burda görüşüb məclislərə getməklərimiz də çox olub...
Onu çox, lap çox andım, çox darıxdım. 
...Hətəm müəllimlə, Akif müəllimlə birgə Musa Yaqubun yubileyi gecəsində iştirakımızı xatırlayıram.
İsmayıllının Buynuz kəndinə  Musa Yaqubun ziyarətinə getməyimizi xoş hisslərlə anıram. Ona həsr olunan "Regionun fəxri, "İnsan və zaman” və s. kimi populyar televiziya verilişlərini həvəslə izləmişəm. AMEA m. ü., professor Akif Musayevin 70 illik yubileyində necə də sevinclə iştirak etdiyinin şahidi olmuşam. Şair-rəssam dostumuz Hüseyn Mirtəqəvinin çəkdiyi portreti, ona həsr şeiri dinləmişəm. Bir çox resteronlarda, Şadlıq evlərindəki şənlik məclislərində birgə iştirakımızla məmnun olmuşuq. Dostların ad günlərini qeyd etmək üçün Surxay Əkbərov, Akif Musayev, Ədalət Axundov, Hüseyn Mirtəqəvi, Hidayət Həsənov, Soltan Əliyev, Həmdulla Aslanov, Təbriz Şamiyev, Mahir Mehdiyev və s. birlikdə  "Mərcan”a, "Yaşıl bağ”a tez-tez toplaşmağımızı xatırlayıram.
Onun təbəssümləri də, etirazları da, xatirələri də şirin idi.
...HEÇ ZAMAN UNUDA BİLMƏYƏCƏYİMİZ, ƏZİZİMİZ,  QARDAŞIMIZ, ELOĞLUMUZ, ZİYALIMIZ, ALİMİMİZ!
ÖMÜR KARVANI MƏNZİL BAŞINA ÇATMAMIŞ DAYANAN AKADEMİKİMİZ!
30 ilə yaxın müddətdə hər gün arzuladığımız QƏLƏBƏNİ EŞİDƏN, DUYAN, HİSS EDƏN, ANCAQ AZAD OLMUŞ O DOĞMA TORPAQLARINI ZİYARƏTƏ VAXTI YETİŞMƏYƏN DOSTUMUZ!
SİZ DƏ, ELƏ BİZLƏR DƏ heç zaman torpağımızla, xalqımızla, ordumuzla, bu qədər qürur duyduğumuz olmamşıdı. Onları heç zaman bu qədər sevməmişdik,  sevə bilməmişdik!
Elə ziyalılarımızı da, alimlərimizi də...
İTİRDİKDƏN SONRA İTİRDİYİMİZİ DAHA TEZ HİSS EDİRİK. TEZ İTİRDİYİMİZƏ YANIRIQ, YAXILIRIQ! GÜCÜMÜZ GÖZ YAŞIMIZA, XATİRƏLƏRƏ ÇATIR!
 Qarabağda daha yaxşı işləmək, onu biraz dirçəltmək və bəzi çatışmazlıqları aradan qaldırmaq, təzə yaralarımızı sağaltmaq və Onun 75 illik  yubileyini doğma Füzulidə, Şuşada keçirmək arzusu yaranmışdı hamımızda. Elə Onun özündə də!
Akademik Hətəm müəllim görkəmli elm xadimi olduğu qədər də, dərin ədəbiyyat, incəsənət, musiqi, folklor, tarix, adət-ənənə  bilicisi idi. O, xalqımızın mənəvi tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alim idi. Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, həmişə fəxrlə, indi isə həm də kədərlə adını çəkdiyimiz əvəzsiz insan, müəllim, alim çox hörmətli Hətəm müəllimin ömür yolunun 75-ci yubiley baharına  onun dostlarının, həmkarlarının hamısının  ürək sözləri, fikirləri yarımçıq qaldı. Onların hamısı Hətəm müəllimin xeyirxahlığını daim xatırlayırlar. 
Bəli, Akademik Hətəm müəllim qeyrətli, qayğıkeş, mərd vətəndaş idi. Qarabağı, Azərbaycanı öz canından da artıq sevirdi. Füzuli ziyalılarının ağsaqqalı kimi 44 günlük ikinci Qarabağ müharibəsinin ilk günlərində Ali Baş Komandana müraciət ünvanladı. 
... Nə gözəl ki, o vaxtdan bircə ay keçdi və Hətəm müəllimin həmin arzularını Cənab Ali Baş Komandan həyata keçirdi. İndi yollar açıqdır.  Biz Onun yubileylərini həmin torpaqlarda- Şuşada, Füzulidə ONSUZ da olsa belə keçirəcəyik! Onun özüylə isə bu şad xəbərləri ŞUŞAda olmasa da "ŞUŞA”da sevinc işərisində qeyd etdik. Akademik Hətəm müəllim həm də gözəl və mehriban bir ailənin başçısı idi. Xeyirxah ata, mehriban baba idi. Hətəm müəllim həmçinin çox ünsiyyətcil və incə yumora malik şəxs idi. Ətrafdakı insanlara, hadisələrə qarşı obyektiv fikir söylərdi. Əhəmiyyətli hesab etdiyi məsələləri cəsarətlə gündəliyə çıxara, onu müdafiə edə bilirdi. Onun ətrafında öz həmyaşıdları ilə bərabər, həmişə orta və gənc yaşlıları da görmək olardı. 

Biz, bu gün, qürurla deyə bilərik ki, Hətəm müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alim idi! 
Sevimli dostumuz, qardaşımız, əzizimiz Hətəm müəllim! 
Biz hamımız Sizi sevirdik, Sizi böyük alim və gözəl, xeyirxah insan kimi tanıyırdıq. 
Biz Sizdə həmişə gənclik enerjisi, hərarəti, istəyi duyurduq. 
Biz Sizi Azərbaycan və dünya elminin inkişafında böyük nailiyyətlər qazanmış, silinməz izlər buraxmış böyük alim, gözəl insan  kimi həmişə xatırlayacağıq! 
AZƏRBAYCAN ELMININ GÖRKƏMLİ ŞƏXSIYYƏTİ - AKADEMIK HƏTƏM QULIYEVIN XOŞ ARZULARINI ONUN özü olmadan həyata keçirmək BİZ dostlarının üzərinə düşür. 
...UNUDULMAZ HƏTƏM MÜƏLLİM, təəssüflə, ancaq qürurla deyirik ki, 21-22 aprel 2021-ci ildə Ölkənin 2-ci FƏXRİ XİYABANINDA – SİZİN ÖMÜR KARVANINIZIN SON DAYANACAĞINI CANINIZ QƏDƏR SEVDİYİNİZ AZƏRBAYCANIMIZIN PREZİDENTİ ADINDAN QOYULAN ƏKLİLLƏR VƏ DOST-TANIŞLARIN, DOĞMALARIN HƏZİN GÖZ YAŞLARI VƏ KƏDƏRLƏRİYLƏ BİRGƏ GƏLƏCƏYƏ XOŞ ÜMİDLƏRİ DƏ  BƏZƏDİ! 
Həmin gün son mənzilinizə yola salınma – VİDA mərasimində akademik Akif Əlizadənin, AMEA müxbir üzvü, professor Akif Musayevin, yazıçı Seyran Səxavətin, şair Zakir Fəxrinin, oğlunuz Ruslanın, qardaşınız Asifin, uşaqlıq dostunuz Novruzun, dostlarınız akademiklər Dilqəm Tağıyevin, Adil Qəribovun, Pərviz Məmmədovun, AMEA müxbir üzvləri, professorlar Əyyub Quliyevin, Qalib Əfəndiyevin,yaxınlarınız Umud Rəhimoğlunun, Əlövsət Qaraca Əliyevin və onlarla digər həmkarlarınızın Sizin elmi-ictimai fəaliyyətinizlə bağlı xoş və həzin xatirələrini illər uzunu xatırlayacağıq.
Sizin dostlarınız, elmi ictimaiyyət, xalqımız SİZİ HEÇ ZAMAN UNUTMAYACAQ!
ƏZİZ DOSTUMUZ HƏTƏM MÜƏLLİM, RAHAT YAT!
ALLAH SƏNİN ƏBƏDİ MƏKANINI BEHİŞTLİK ETSİN!
RUHUNA FATİHƏ!


ƏLÖVSƏT QARACA ƏLİYEV  REKVİYEM...
İYDƏ AĞACININ ALTINDA  HƏZİN
 DÜŞÜNCƏLƏR...















BAKI, 21 aprel 2022

7242 oxunub

InvestAZ