XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Buça qətliamı – Soner Yalçın yazır…
Gündəm 16:57 / 08.04.2022

"Rusiya ilə Polşanın sərhəddində kiçik bir şəhər var idi. Heç kim o şəhərin hara bağlı olduğuna əmin ola bilməzdi. Bir gün rəsmi müqavilə imzalandı və az sonra kartoqraflar gəlib sərhəd xətti çəkdilər.

Kəndlilərdən bəziləri yaxınlıqdakı təpədə onlara yaxınlaşdı.

– Biz indi haradayıq, Rusiyada, yoxsa Polşada?

-Bizim hesablamalara görə, kəndiniz indi sərhəddən Polşaya doğru otuz yeddi metr içəridən başlayır.

Kəndlilər dərhal sevinclə rəqs etməyə başladılar.

-"Niyə?" deyə kartoqraflar soruşdular, "nə fərqi olacaq?"

Kəndlilər: "Bunun nə demək olduğunu başa düşürsünüzmü?” dedilər. "Biz daha o dəhşətli rus qışlarına dözmək məcburiyyətində qalmayacağıq!”.

Çox ağrılı bir hadisə üzündən üzünüzdə təbəssüm yaradan bu xatirə yadıma düşdü: Buça qətliamı...

Otuz min əhalisi olan kiçik şəhərdə mülki geyimli 280 adamın öldürüldüyü qırğın...

Buça 1898-ci ildə eyni adlı çay kənarında kiçik bir qatar stansiyasının tikintisi ilə yaranan qəsəbədir.

Onun sərhədi bu gün Ukrayna və ya Rusiya daxilində qalsa da, Buça əhalisi Polşa kəndliləri kimi bu ayrılığı sadəlövhlüklə xatırlamayacaq.

Dünya da iki yerə bölündü: Buça kütləvi qətlini kim etdi?

Müharibədə ilk itki həmişə həqiqətdir...

 

BİRİNCİ: Uzaq ABŞ

Fransız filosofu Jan Pol Sartrın dediyi kimi: "Müharibəni varlılar başlayır, kasıblar ölür”.

Söhbət Buça qırğınından gedir.

Biz Ukrayna-Rusiya müharibəsini müzakirə edirik.

Müharibənin niyə başladığını, kasıbların niyə öldüyünü unuduruq!

ABŞ-ın Ukraynanı vədlər verməklə aldatdığını unuduruq!

Onlar həmişə bizə əsl həqiqətləri unutdururlar!

Qərb mənbələrinə istinad edim:

Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu/SIPRI 1966-cı ildən bəri hərbi xərclər və silah ticarəti ilə bağlı məlumatları dərc edir.

Yekun hesabatını 14 mart 2022-ci ildə rəsmi saytında dərc etdi:

– 2012-16 və 2017-21-ci illər arasında əsas silahların beynəlxalq təhvilləri bir qədər azaldı; -4,6 faiz.

Bununla belə, ABŞ və Fransadan Avropaya (+19%), Şərqi Asiyaya (+20%) və Okeaniyaya (+59%) ixrac əhəmiyyətli dərəcədə artıb...

ABŞ 2012-16 və 2017-21-ci illər arasında silah ixracını 14 faiz artıraraq qlobal payını 32 faizdən 39 faizə yüksəldib.

ABŞ-ın silah köçürmələrinin 43 faizi Yaxın Şərqin payına düşür. Dünyanın ikinci ən böyük silah idxalçısı olan Səudiyyə Ərəbistanının silah alışı 2012-16 və 2017-21-ci illər arasında 27 faiz artıb. Qətərin silah alışı 227 faiz artaraq, 22-ci ən böyük silah idxalçısından 6-cı ən böyük silah idxalçısı olub. (Bir neçə il əvvəl ortaya çıxan süni Qətər böhranını xatırlayırsınız, elə deyilmi?)

– Misirin silah idxalı 2012-16 və 2017-21-ci illər arasında 73 faiz artaraq onu dünyanın üçüncü ən böyük silah idxalçısı edir.

İcazə verin davam edim:

2 TRİLYON DOLLAR

SIPRI hesabatında deyilir:

Dünya regionları arasında silah idxalında ən böyük artım Avropada olub. 2017-21-ci illərdə Avropa dövlətlərinin əsas silah idxalı 2012-16-cı illərlə müqayisədə 19 faiz çox olub. Bu, qlobal silah transferinin 13 faizini təşkil edib.

-Avropanın ən böyük silah idxalçıları İngiltərə, Norveç və Hollandiya...

- Digər Avropa dövlətlərinin də yaxın onillikdə silah idxalını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir, çünki onlar son vaxtlar böyük silahlar, xüsusən də ABŞ-dan döyüş təyyarələri üçün böyük sifarişlər veriblər...

Avropa niyə bu qədər silah almağa başladı?

SIPRI-nın baş elmi araşdırmaçısı Pieter D. Wezeman deyib: "Əksər Avropa dövlətləri ilə Rusiya arasında münasibətlərin kəskin şəkildə pisləşməsi Avropadan silah idxalında artımın əsas amilinə çevrildi, xüsusən də bütün ehtiyaclarını milli silah sənayeləri hesabına ödəyə bilməyən dövlətlər üçün”.

Siyasi böhranlara kim səbəb olur - ABŞ! Səbəbi aydın deyilmi? Yalnız pandemiya olmasına baxmayaraq, 2020-ci ildə dünyada silaha xərclənən pul 2 trilyon dollar olub.

ABŞ-ın niyə israrla müharibə alovu olduğunu başa düşürsünüzmü?

Buça qətliamının, xüsusən də Qərb televiziyasında dəfələrlə yayımlanmasının səbəbini başa düşürsünüzmü: Qorxu yaratmaq!

SIPRI aydın şəkildə yazdı:

-"Ukraynadan Efiopiyaya davam edən silah təhvilləri silahlı münaqişənin təsirlərinə məruz qalan mülki əhali üçün təhlükə və müharibə edən tərəflər üçün sülhə maneə yaradır."

Mənə deyə bilərsinizmi Buçaa qətliamını kim həyata keçirdi?

 

Dilimizə uyğunlaşdıran: Eminquey


4099 oxunub

InvestAZ