XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Bakıda yeni doğulan körpəsini öldürən qadın həbs edilib - YENİLƏNİB
KRİMİNAL 10:07 / 06.04.2022

Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.

APA-nın xəbərinə görə, Nizami rayon Məhkəməsində A.K (ad, soyad şərtidir) barəsində istintaq orqanının təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

17:08

Bakıda meyiti küçəyə atılan uşağın anası saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon Prokurorluğunda cinayət işi başlanılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılmışdı.


5623 oxunub

InvestAZ