XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Şərqi Zəngəzurla bağlı memorandum TƏSDİQLƏNDİ
HÜQUQ 15:52 / 05.04.2022

Azərbaycanla İran Hökumətləri arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiqlənib.

Yenises.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanla İran arasında martın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq olunub.

Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi ilə bağlı zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran Hökumətinə bildiriş göndərəcək.


2299 oxunub

InvestAZ