XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Qobuda avtomobil məktəbliləri vurdu - Video
KRİMİNAL 17:28 / 04.04.2022

Qobu qəsəbəsində avtomobilin iki məktəbli qızı vurmasını əks etdirən görüntülər yayılıb. Kamera görüntülərindən məlum olur ki, hadisə fevral ayının 4-də baş verib.

Bununla bağlı   Yenises.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib ki, hadisəni 70 yaşlı kişi törədib.

"Hadisə zamanı məktəbliləri vuran şəxs onları təcili xəstəxanaya çatdırıb. Şəxsin haqqında şikayət yoxdur. Hazırda məktəblilərin hər ikisi ambulator müalicə almaq məqsədilə evə buraxılıb. Məsələ ilə bağlı hazırda Abşeron rayon Polis İdarəsində tədqiqat aparılır. Ekspertiza araşdırmasının nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - N.Əliyev deyib.


3801 oxunub

InvestAZ