XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatdı
Gündəm 08:49 / 03.04.2022

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Yenisəs.az bildirir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.
Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.


2317 oxunub

InvestAZ