Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda baş verən güclü partlayışın səbəbi məlum olub.
Yenisəs.az-ın məlumatına görə, "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.
"Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”, - o qeyd edib.