XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Səhiyyə Nazirliyindən gecə klubundakı partlayışla bağlı - Açıqlama/Yeniləndi
Gündəm 08:30 / 03.04.2022

Bakıda partlayış bş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib", - nazirlikdən bildirilib.

***

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

Bu barədə  Səhiyyə Nazirliyindən bildirilib.

"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən əlavə ediblər.

Qeyd edək ki, partlayış Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.

İlkin məlumatlara görə, partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb, hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.(teleqraf.com)


2312 oxunub

InvestAZ