XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Cibgir Konstantin tutuldu
KRİMİNAL 15:13 / 01.04.2022

Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər də eyni cinayətlər etdiyi üçün dəfələrlə məhkum edilmiş paytaxt sakini Konstantin Qneuşev tutulub.

Yenisəs. az xəbər verir ki, aparılan araşdırmalar zamanı onun Suraxanı rayonu ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.

Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanına, habelə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.(teleqraf.com)


2174 oxunub

InvestAZ