XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Şəhidlərimizin qanı yerdə qalmadı -Tahir Rzayev MM- in Aqrar siyasət komitəsinin sədri
Gündəm 14:55 / 30.03.2022
31 mart soyqırımı erməni millətçilərinin xalqımıza qarşı törətdikləri faciələrin birincisi olmasa da, ancaq öz əhatəsinə, törədilən əməllərin vəhşiliyinə, ağılagəlməzliyinə görə fərqlidir, xarakterikdir. Həmin ərəfədə Bakı şəhərində, eləcə də Quba, Şamaxı, Salyan, Kürdəmir, Lənkəran, Xaçmaz və digər ərazilərdə erməni daşnaqları öz havadarlarına arxalanaraq kütləvi qətllər törətmiş, kəndləri, şəhərləri, dini - tarixi abidələri dağıtmış, minlərlə insanı öldürmüş, şikəst etmiş, təqiblərə məruz qoymuşlar. Əlbəttə bu tarixdə azərbaycanlılara qarşı törədilən birinci soyqırımı deyildir. Bu faciələr, təxribatlar ermənilərin Azərbaycan torpaqlarına yerləşdikləri ilk günlərdən - XIX əsrin əvvəllərindən başlayaraq bu günə kimi davam etməkdədir. Ötən əsrdə dörd dəfə 1905 - 1906, 1918 - 20, 1948 - 53 və 1988 - 93 - illərdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımlar törətmişdir. Erməni millətçiləri varlıqlarının bütün dövrlərində türklərə, azərbaycanlılara qarşı düşmən mövqeyində olmuş, 30 il torpaqlarımızı işğal altında saxlamış, yüzlərlə şəhər və kəndlərimizi, tarixi, dini, mədəni abidələrimizi məhv etmişlər. "Böyük Ermənistan” yaratmaq xülyasında olanlar xalqımıza qarşı əsl vəhşiliklər törətmiş, tarixdə analoqu olmayan Xocalı soyqırımını, Qaradağlı faciəsini həyata keçirmişlər. Ancaq tökülən qanlar, törədilən zülmlər yerdə qalmamışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun qüdrəti və xalqımızın birliyi nəticəsində şəhidlərimizin qisası azğın düşməndən alınmışdır. 44 günlük müharibə bütün dünya Azərbaycan xalqının vətənpərvərliyini, ordumuzun yenilməzliyini, rəhbərimizin cəsarətini, müdrüklüyünü nümayiş etdirməklə, haqqın, ədalətin dönməzliyini sübut etdi. Erməni faşistləri torpaqlarımızdan çıxarıldı, erməni ordusu məhv etdirildi və diz çökdürüldü. Şəhidlərimizin ruhu rahatlıq tapdı, xalqımız öz əzmini, qüdrətini ortaya qoydu və kimliyini sübut etdi. İndi31 martı biz ürək ağrısı ilə qeyd etməklə bərabər, həm də bir qələbə sevincləri ilə qarşılayırıq. Çünki şəhidlərimizin qisası alınmışdır, torpaqlarımız azaddır. Həm də Azərbaycan sürətli sosial - iqtisadi inkişafı qələbələrimizin daha da artacağına bir zəmanətdir. Torpaqlarımızın azadlığı, müstəqil siyasətimizin uğurları  hər bir vətəndaşı  sevindirir və sabaha inamımızı artırır.
3270 oxunub

InvestAZ