XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Emin PİRİ : - Torpaq çərşənbəsi...
YAZARLAR 14:27 / 15.03.2022

Bəlkə yaşamdan, bəlkə də hislərdən, ya da genetikadan. Ən sevdiyim canlı olmayan, maddi bir şey varsa o da torpaqdır. Əslində mahiyyətcə elə ın canlımız odur. Ola bilsin şəhər uşağı olsam da kənddə doğulmağımın, yay tətilində kəndi o baş-bu baş ayaqyalın gəzməyimlə torpağı bədənimə çəkməkdən idi bu sevgi. Sonra səngər həyatı, torpaq altında blendaj evim.
Sonra kənd yerlərində müəllimlik...
Sonrasa bildiyiniz... torpağı bürünmək, torpağın yeri gələndə yorğanın, yeri gələndəsə qoruyucu- branjiletinə çevrilməsi.
Torpaqdan doğulmuşuq...
Elə ən sevdiyim ətirlər də torpaq ətirləridi. Təndir ətri, biçənək ətri və yağışdan sonra torpaqdan yayılan ətir...
Bir də sevdiyim adamlar var, torpaq adamlar. Məsələn, sevdiyim qıza təndir ətirlim deməyi sevirəm. Müraciət kimisə, torpaq qız, ya da torpağım. Sevirəmsə, bunu deyirəm.
Səninçün torpaqlaşan adamlar olur. Elə torpağı da o adamlara görə sevirik.
Bayramınız mübarək, torpaq adamlar!

4411 oxunub

InvestAZ