XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Azərbaycan Ordusunda təlim atışları - VİDEO
HÜQUQ 17:54 / 14.03.2022

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Bu barədə  Yenisəs.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

 



3791 oxunub

InvestAZ