XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Azərbaycana 64 sm qar yağdı
MƏMLƏKƏT 14:16 / 14.03.2022

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə müşahidə olunan faktiki havanı açıqlayıb.

Yenisəs.az bildirir ki, U.Tağıyeva martın ikinci ongünlüyündə əlverişsiz qeyri-sabit hava şəraitinin müşahidə olunduğunu deyib.

O qeyd edib ki, Aralıq dənizi siklonları ilə bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən fasilələrlə keçməsi nəticəsində respublikanın bir sıra əksər rayonlarında yağıntılar müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır, düşən yağıntıların miqdarı bəzi ərazilərdə 29 mm-dir:

"Qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır”.


4005 oxunub

InvestAZ