XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



ƏBÜLFƏT MƏDƏTOĞLU: - İSTƏK...
YAZARLAR 12:12 / 12.03.2022

Kaş ki, gerçəkləşəydi

Məni üzürlü sayın...İradlarıma görə məni qınamayın... Yazdıqlarıma görə mühakimə etməyin. Ümumiyyətlə,mənim bu yazımda günah, nöqsan axtarmağa cəhd göstərməyin. Çünki bu yazımda mənözümü, həyatımı, düşüncələrimi bir az çılpaq göstərmək istəyirəm. Bilirəm ki,oxucu qarşısına, ümumiyyətlə, ortalığa geyimsiz çıxmaq yaxşı hal deyil. Bunagörə adamı daş-qalaq da edə bilərlər. Amma səmimiyyətimə inanın. Son gunlər  özüm də bilmirəm nədənsə bu qəfil dəyişən hava kimi mən də bir az özümdən  yazmaq, özümdən danışmaq, özümü göstərmək istəyirəm...

Bax, onda qaranlıq  otağı işığa qərq edən şimşəyin işıqları evimin bütün künc-bucağını   işıqlandırmışdı. Göy gurultusundan qorxan qızlarım özlərini atmışdılar üstümə və  onların gözündə mən həmin an göy gurultusuna müqavimət göstərəcək gücdə idim.Amma ...

Bəli, deməli, bu  dünyanın çarxının dolaşan vaxtı, kimin nə istəyib, nə umduğu və nəyin  iddiasında olduğu həm qaranlıq, həm bəlli durumda özünü göstərən anda mən özümdən   yazmaq fikrinə düşdüm. Ona görə yox ki, özümü kiməsə tanıtmaq, kiməsə təqdimetmək istəyirəm. Yox, məni tanıyan onsuz da tanıyır, tanımayan ən yaxşı halda  qonşusundan soruşa bilər və ən azı da adımın mənasına fikir verən bunun  arxasında bir dostluğun, bir səmimiyyətin dayandığını hiss edər.( və bir də  tanımayan bəlkə də daha xoşbəxtdi- Ə.M.) Mən bütün bunları sözgəlişi dedim. Ona   görə sözgəlişi dedim ki, indi insanlar daha çox söz deyib, daha çox aradan  çıxmağa üstünlük verirlər. Və onların göstəricisi, də nişanəsi də söz olur.

"Azərbaycan"nəşriyyatı söz deyən, söz yazan və cibində qələm gəzdirən insanların sayına görə,bəlkə də ölkədə birinci yeri tutur. Ancaq ölkənin ən uzaq guşələrinin birində nəyazmayan, nə də cibində qələm gəzdirməyən elə söz adamları var ki, bircə kəlməsicild-cild kitablara, tirajlı qəzetlərə bəs edir. Deməli, sözünə sahib çıxmaq,ortaya söz qoymaq üçün təkcə hansısa qəzetdə işləmək, kiminsə kölgəsinə qısınmaq,kiminsə müavini olmaq və ən azı kiminsə çevrəsində görünmək bəs eləmir. Yaxşıxatırlayıram, rəhmətlik Nüsrət Kəsəmənli oğurlanan misralarına görə, təpikaltına saldığı qələm adamlarından biri indi populyar şairdi. Diskləri, nəğmələri,bağı, nə bilim daha nələri var, amma şairliyi yoxdu. Bunu bilənlər bilir. Mən də"Ədalət" qəzetində öz sözümü, öz yazımı yazıram. Bunu da bilənlərbilir. Oxuyanlar da var, təbii ki, büküb kənara atanlar da. Heç kimi məcbur edəbilmərəm ki, yazdıqlarımı oxusun. Çünki mənim yazdıqlarım mənim özüməm, mənim həyatımdı,Quran ayəsi deyil və mən o iddiada da deyiləm.

Bu yerdə ağlımdan Sovet  hökumətinə rəhmət oxumaq gəlib keçir. Çünki o hökumətdə ən azı 51 faiz hər kəs  yerini bilir, qalan faizlər dostların, qohumların, dayıların, maddi imkanınhesabına yazılırdı. Təəssüf ki, bu gün 51 faiz sonuncuların hesabınadır. Nə isə...

Dünya indiki durumunda  çoxlu sayda problemləri, sualları, hətta cavabı göz önündə olan sualların daqarşısında çox aciz bir şəkildə boynunu bükür. Bu da təsadüfi deyil. Onagörə ki, anlayanlar anlamayanlara borcludular.


istidən

tıncıxmış şəkildə

şəhərin

küçələrində

elan vitrinlərində

iş gəzirəm, iş!

gözlərim

hədəqədən çıxıb

səbrim nəzarətdən...

bir başını qaldırıb

məni də gör

hərdən-

ay evi tikilmiş-

axı

avara qalıb bəndən!..

***

Bu  həftənin son günləri hava şəraiti qəflətən dəyişdi.  Hansı paltarı  geyinəcəyimizi, nə edəcəyimizi götür-qoy etməyə imkan da tapmadıq. Mən axırıncı  dəfə kəndimizdə, dəniz səviyyəsinin hardasa 1100 metr hündürlükdə yağış  damcılarının o boyda olduğunu görmüşdüm. Təsəvvür edin ki, maşının damına   toxunan damcılar elə bil ki, nağara səsinə bənzəyirdi, sanki dolu yağırdı.Əlimi pəncərədən çölə çıxardım, ovcumun içərisinə düşən və ən azı fındıq boyda   olan damcılar əlimi göynətdi. O damcıların tappıltısı bütün varlığımı ayağa  qaldırdı. Dünənimi, keçmişimi gözümün önünə gətirdi və mən istər-istəməz hərşeyi, daha doğrusu, bugünkü həyatımla dünənimi və sabahımı bir müstəvi üzərinə   gətirməyə çalışdım. Amma mümkün   olmadı. Çünki dünənimdə saflıq daha çox idi. Bilmirəm bu nədəndi. Ola bilsinki, onda dünyanı indiki kimi tanımamışdım...

Ola bilsin ki, ondadünya bu qədər korlanmamışdı...Ola bilsin ki, onda mən və mənim özüm bildiklərim  dünyadan bu qədər uzaq düşməmişdilər. Nə bilim vallah... Çox qarmaqarışıqlıqdı  və bu qarışıqlığın içərisində tapıb öz yerində oturda bilmədiyim bircə şey var.O da hər kəsin özünün olmasıdır. Yəni tanıdığım, gördüyüm kimi özü!!! Təəssüfki, mən o gücdə deyiləm. Əgər o gücdə ola bilsəydim, heç bir tərəddüdsüz mən dəhəm onları, həm də özümü üz-üzə gətirib siz oxuculardan, bizi necə görürsünüz?- soruşardım...

Bəli, biz əslində hərşeyi görüb və hər şeydən xəbər tütüb görüdüklərimiz və bildiklərimiz arasındabir savaş açırıq. Elə bilirik ki, bu döyüşdə özümüz qalib olacağıq. Amma   unuduruq ki, bizim savaşımızda sərf olunan gücümüz özümüzün deyil. O gücü bizə   verən var və o güc söykəndiyi həqiqət boydadı, gerçəklik boydadı. Ondan sonrasıyalnız fərziyədi, boşluqdu.

Bax, qalib gələ bilməməyimiz  də o boşluğu həqiqət kimi görüb ona güvənməyimizdən irəli gəlir. Neyləyək ki,biz xəyalən özümüzü həmişə gerçəklikdən çox-çox uzaqda görmüşük. Ona görə dəgünün necə keçməsi, vaxtın necə ötməsi ya diqqətimizdən yayınır, ya da ona əhəmiyyətverməmişik.


günün necə keçməsindən

xəbərim olmadı

olsa belə,

nəsə edə bilməyəcəydim.

yaxamı vermişəm

günün əlinə...

duyğularım,

xatirələrim,

elə gün də...

bezibdi məndən.

nə yanımda qaldı

nə də

məni özü ilə saxladı...

anladım ki,

o qız

bu bitən gündən

daha etibarlıdır...

özü qalmasa da,

ruhumu alıb

getdiyi yerlərə

təmənnasız apardı.


***

Mən bu yazıda özümüyazmaq istəyirdim, özümü göstərmək istəyirdim. Amma hisslər güc gəldi... yaddaşimkan vermədi. Yəni yaddaş hissləri üstələdi, korun yaddaşı əlində olduğukimi... karın yaddaşı gözdə olduğu kimi... lalın yaddaşı dodaqlarda puçurladığıkimi... Mən də elə kar kimi, kor kimi, lal kimi hər şeydən, daha çox isə özümdəndanışmaq istədim, amma alınmadı. Bilmirəm niyə? Bəlkə də bilirəm, amma deyəbilmirəm. Çünki desəm öldürərlər... Daha doğrusu küsərlər. Hər kəs dediklərimdənözünə nə isə götürər, dediklərimin içərisində özünü görər... İndiki yaşımda,indiki durumumda çörəyi daşdan çıxardığım bir məqamda bu mənə heç də lazımdeyil. Qoy hər kəs öz bildiyini bilsin, mən də öz bildiyimi. Lakin hamının bilmək   istədiyi, amma mənim bildiyim bir gerçək də var, o da təbii ki, özəl duyğu, özəlsevgidi. Bax bu mənada mən bütün yazılarımda toxunduğum həmin o, özəl olanın   yanından sakitcə keçib gedə bilmərəm. Bax, elə indi də…


İnciyirəm özümün

Özümdə olmağıma.

Bu qədər ağrılarla -

Dözümdə olmağıma…


Sevinirəm özünün

Özümdə olmağına.

Ürəyimə sığınıb,

Gözümdə olmağına!


İnciməklə sevilmək

Qarışıb bir-birinə.

Sındırsan nə qoyacam -

Ürəyimin yerinə?!


Hə, mən özümü yazmasamda, daha doğrusu bunu bütünlüklə edə bilməsəm də, düşünürəm ki, nəsə oxuna biləcək  bir şey yazdım. Və onu da bilirəm ki, bu yazını heç kim oxumasa belə, sən   oxuyacaqsan, çünki sən də sevirsən. Və deməli kim sevirsə, o oxuyacaq. Və bir də...


bölüşə bilmədiyim

təkliyimdmn bezmişəm.

mən sənin unutduğun -

çəkdiyimdən bezmişəm...


səhərim də açılmır

gecəm də laldı sanki...

mən sənə yalvarıram -

sən qibləmsən! -inan ki...


bu yalvarış, bu təklik,

bu bezmək, bu lal sükut...

söyləyir, birdəfəlik -

var olduğumu unut!



5341 oxunub

InvestAZ