XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Tahir Rzayev: - Qadınlardan vasitə kimi istifadə kişiliyə yaraşmaz
HÜQUQ 13:42 / 10.03.2022

Qadınlar, qızlar bizim başımızın tacıdır. Bu gün xanımları küçələrə səsləyənlər nə düşünürlər? Axı qadınlar bizim üçün əzizdir. Onları münaqişələrə qarışdırmaq, küçələrə çağırmaq nəyə lazımdır?! Azərbaycan polisi də münaqişə olmasını istəmir, onlar bizim xanımlarımıza əl qaldırmaq istəməzlər. Hansısa icazəsiz mitinqdə polis müdaxilə etmirsə, bunu qələbə hesab etmək olmaz. Yəni, icazəsiz mitinqdə polisin qarışmaması əslində həmin aksiyaçıların məğlubiyyətidir. Polis istəyir ki, siz düşünə biləsiz. Başa düşmürəm, ölkədə yenidən qarşıdurma yaratmaq istəyirlər?! Tələblərini normal şəkildə media, sosial şəbəkələr vasitəsilə ifadə edə bilərlər”.

 

Yenisəs. az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev martın 8-də Bakıda bir qrup feminist tərəfindən keçirilən aksiya barədə danışarkən deyib.

 

Deputat aksiyaların əleyhinə olduğunu bildirib: "Qanunsuz aksiyalar, orada səsləndirilən müxtəlif şüarların əhəmiyyəti yoxdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev balanslaşdırılmış siyasət həyata keçirir və bunun nəticəsi göz qabağındadır. Bəzi fanatiklər isə hələ də düşünürlər ki, qışqırmaqla, mənasız şüarlar səsləndirməklə xalqı ələ ala bilərlər. Biz 1990-cu illərdə də belə mitinqlərin şahidi olmuşuq: aqressiv və sabahı görə bilməyən adamlar küçələrə çıxıb xoşagəlməz şüarlarla qonşu dövlətlərlə münasibətləri korladılar və nəticədə, Azərbaycan torpaq itkisi ilə üzləşdi. Üstəlik, insanların qanı axıdıldı. Aksiya keçirənlər Rusiya və Ukraynada baş verən hadisələrdən, eləcə də Avropadakı siyasi gedişlərdən bəhrələnmək istəyirlər. Bunlar küçələrə niyə çıxırlar? Əvvəllər deyirdilər ki, Qarabağ azad edilsin və Qarabağ artıq azaddır. Yox, əgər ölkədə müstəqillik və demokratiyanın qorunmasından bəhs edirlərsə, azad söz, azad fikir var. Onsuz da, Prezident İlham Əliyev problemləri gündəmə gətirir və həll yolu tapır, ölkədə müxtəlif narazılıqların aradan qaldırılması üçün tədbirlər görülür”.

 


3746 oxunub

InvestAZ