XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Qaz sayğacları ilə bağlı təzə xəbər
MƏMLƏKƏT 09:10 / 10.03.2022

Qaz sayğaclarının oxunması ilə bağlı yenilik tətbiq ediləcək. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Yeni proqram vasitəsilə sayğacların oxunmasında yaşanan çətinliklər aradan qaldırılacaq. Bu avtomatlaşdırılmış qaz informasiya sistemi ilə mümkün olacaq. 

Yenisəs.az bildirir ki,  Azəriqaz istehsalat birliyi yeniliklə bağlı bəzi detalları mediya üçün açıqlayıb. 

Belə ki, artıq  ölkəmizdə qaz sayğaclarının oxunması asanlaşacaq. Bu məqsədlə süni intellektdən istifadə ediləcək. Azəriqaz istehsalat birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bununla bağlı işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə yeni proqram sınaqdan uğurla keçib.

Qurum rəsmisi qeyd edib ki, yenilik abonentlərin qaz sərfiyyatı ilə bağlı göstəricilərinin oxunmasında yaşanan çətinlikləri aradan qaldıracaq. Eldəniz Vəliyev bildirib ki, sayğacla bağlı bütün məlumatlar sistemdə öz əksini tapacaq.

Eldəniz Vəliyev əlavə edib ki, yeni sistem yaxın vaxtlarda tətbiq ediləcək. ("Xəzər Xəbər"


4576 oxunub

InvestAZ