XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Odessada azərbaycanlılar atəşə tutuldu - ÖLƏNLƏR VAR
Gündəm 13:37 / 27.02.2022

Ukraynanın Odessa şəhərindən 60 kilometr aralıda diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub.
Yenisəs.az  xəbər verir ki, bu barədə "Birlik" Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə "Facebook" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

"Sərhəd qoşunları hərbçilərinin formasında diversiya qrupu olduğu ehtimal edilən silahlılar 7-8 maşından ibarət, əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləboran edib.

Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!" - paylaşımda deyilir.


3786 oxunub

InvestAZ