XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Ermənilər yenə atdılar
Gündəm 09:13 / 24.02.2022

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə  Yenisəs.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.


3858 oxunub

InvestAZ