XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Prezident Moskvada sərgi ilə tanış oldu
Gündəm 14:14 / 23.02.2022

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında "TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya ilə Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar.

Yenisəs.az  xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib.

TASS ilə Azərtac-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman ali qonaqlara sərgidəki fotolar haqqında məlumat verib.


3040 oxunub

InvestAZ