XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



BŞİH-ə Aparat rəhbəri əvəzi təyin olunub
Gündəm 18:14 / 19.02.2022

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib.

Bu barədə Yenisəs.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, A.İmaməliyev Aparat rəhbərinin vəzifəsini icra edəcək.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev E.Ş.Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləyib.


7643 oxunub

InvestAZ