XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Nazir şöbə müdirini işdən çıxardı
HÜQUQ 13:44 / 17.02.2022

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

Yenisəs.az xəbər verir ki, iclasda nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.

Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevə etiraz olaraq yolu bağlayıb.


7532 oxunub

InvestAZ