XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Ramiz Mehdiyevin köməkçisi 30 sutkalıq həbs edildi - YENİLƏNİB
HÜQUQ 14:58 / 15.02.2022

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Adalet.az  bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.


4702 oxunub

InvestAZ