XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



DİN Tovuzda atasını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
KRİMİNAL 12:03 / 15.02.2022

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Yenisəs. az xəbər verir ki, məlumatda deyilir:

"Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı "Vinçester” markalı silah götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb".

 

***

Tovuzda oğul atasını öldürüb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Ceyhun Əliyev ov tüfəngi ilə atası 1947-ci il təvəllüdlü Qamət Əliyevi öldürüb. 

İlkin məlumata görə, C.Əliyevin psixoloji problemləri olub.


3578 oxunub

InvestAZ