XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Kütləvi məzarlıqlar: Xocalı, Kəlbəcər və Laçın ərazisində... - Şok faktlar
HÜQUQ 13:47 / 09.02.2022

Ölkə başçısı I Qarabağ müharibəsi zamanı itkin düşmüş və girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı bir neçə dəfə məsələ qaldırıb. Dövlətimizin rəhbəri beynəlxalq təşkilatlarda çıxışı zamanı da bu məsələ ilə bağlı Ermənistan tərəfinin heç bir məlumat verməməsinə diqqət çəkib.

Yenisəs.az  xəbər  verir  ki, bu  fikirlər  Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, hələ də taleyi haqqında heç bir məlumat olmayan vətəndaşlarımız barəsində erməni tərəfi biz hər hansı bir informasiya vermir:

"Çünki I Qarabağ müharibəsi zamanı ermənilər çox amansızlıqla günahsız azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib. Bu insanların cəsədləri o dövr Ermənistan tərəfindən işğal edilən ərazilərdə qalıb. Xocalı Soyqırımı, ermənilərin həyata keçirdiyi o qanlı qətliamdan sonra yüzlərlə soydaşımızın taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Ermənilərin Xocalıda törətdiyi soyqırımından sonra biz o insanların çoxunun cəsədlərini götürə bilmədik. Xocalı şəhərinin özündə, meşələrdə, yol boyu gülləbaran edilmiş soydaşlarımızın nəşini gətirib dəfn etmək mümkün deyildi”.

Deputat bildirib ki, qətlə yetirlmiş azərbaycanlıların çoxusu ermənilər tərəfindən kütləvi məzarlıqlarda basdırılıb:

"Buna normal dəfn demək olmaz. Qətlə yetirilmiş soydaşlarımız ermənilər tərəfindən islam qaydalarına ziddi olaraq barbarcasına kütləvi şəkildə traktorlarla qazılmış quyularda basdırılıb. Bunu qana susamış Zori Balayan və bu qanlı qətliamlarda iştirak edən ermənilər öz yazılarında bundan bəhs edib. Onlar azərbaycanlıların meyitlərini xəndəklər qazaraq üstlərini buldozerlərlə torpaqla örtdüklərinə aid faktları qeyd ediblər. Xocalıda bir neçə yerdə, Kəlbəcər-Laçın istiqamətində də belə kütləvi məzarlıqların olması mümkündür”.

Elman Məmmədov ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşlarının taleyi haqqında da heç bir məlumat verilmədiyini söyləyib:

"Onların sağ olub-olmaması hələ də bilinmir. Çünki ermənilər azyaşlıları belə əsir götürmüşdü. İndi 30 ilə yaxın vaxt keçib. O adamlar öldürülübsə harada dəfn edilib? Sağdırsa, hansı məlumatlar var? Bu məsələlər hələ də qaranlıq qalıb. Bu işlə məşğul olan Qırmızı Xaç Cəmiyyəti də bizə dürüst məlumat verməyib. 4000-ə yaxın itkin var. Onlardan 150 nəfəri Xocalı sakinidir. Bu insanların taleyindən indiyə kimi heç bir məlumat almaq mümkün olmayıb”.


Müəllif: Tapdıq Qurbanlı


3611 oxunub

InvestAZ