XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Enerji təhlükəsizliyinin təmin olunması təhlükəsizliyimizə zəmanətdir
Gündəm 14:01 / 08.02.2022

Fevralın 4-də Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsaslı rola malik olduğunu bir daha sübut etdi.

Yenisəs.az  bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan bu Şuranın toplantılarının ənənəvi olaraq Bakıda keçirilməsi və tədbirdə dünyanın bir çox nüfuzlu xarici şirkətlərinin nümayəndələrinin iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla bərabər, həm də gələcək inkişafdan və uğurlarımızdan xəbər verir. Dövlətimizin başçısının toplantıdakı çıxışında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Prezident İlham Əliyev bildirdi ki, Cənubi Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması və Azərbaycan qazının Avropaya nəqlinin başlanması yeni mərhələnin əsasını qoydu. Bu layihə Azərbaycan və Avropa İttifaqı ölkələri üçün yeni iqtisadi, siyasi imkanlara malikdir, əməkdaşlığın, qarşılıqlı anlaşmanın təmin edilməsi üçün çox vacibdir. Bu, həm də dövlətlər arasında sülhə, əmin-amanlığa təminat verir.

"Torpaqları uzun müddət işğal altında qalan və ərazilərini erməni təcavüzkarlarından təmizləyən, işğaldan azad olunmuş regionlarda bərpa, tikinti, abadlıq işlərinə dərhal başlayan və qısa müddətdə çox böyük uğurlara imza atan Azərbaycan üçün Avropa ölkələri ilə əməkdaşlığı, əlaqələri möhkəmləndirmək bu gün çox əhəmiyyətlidir. Bu sahədə yeni enerji marşrutları mühüm rol oynayır. Dövlətimizin başçısı toplantıda diqqəti bu məsələyə cəlb etdi. Azərbaycan Prezidentinin enerji sahəsində həyata keçirdiyi siyasət və gördüyü tədbirlər ölkəmizin etibarlı tərəfdaş olduğunu, dövlətimizin başçısının öz vədinə sadiqliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Buna görə də dünya dövlətləri nəinki enerji istiqamətində, bütün sahələrdə Azərbaycanla əlaqələr qurmaqda, siyasi münasibətləri gücləndirməkdə maraqlıdır. Bunun nəticəsidir ki, son illər ölkəmizdə iş qurmaq, investisiya qoymaq, işğaldan azad olunmuş, ərazilərdə bərpa-quruculuq işlərinə qoşulmaq istəyənlərin sayı artıb. Azərbaycan bu gün qapılarını dünyanın nüfuzlu şirkətlərinin, iş adamlarının üzünə açmaqla, həm müstəqil iqtisadi siyasət yürüdən, öz torpaqlarının sahibi, həm də demokratik, inkişafda olan bir ölkə olduğunu bütün dünyaya nümayiş etdirir. Bu, qürurvericidir və gələcək inkişafımıza, birliyimizə, dünya ölkələri ilə əməkdaşlığımızın möhkəmlənməsinə zəmanətdir”, - deyə T.Rzayev vurğulayıb.


8469 oxunub

InvestAZ