XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



DİN Bərdədəki qətllə bağlı MƏLUMAT YAYDI
HÜQUQ 11:16 / 24.01.2022

Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb.

DİN-dən  Yenisəs.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən İ.Hüseynov ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan "Adler Arms” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.


4951 oxunub

InvestAZ