XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Əbülfət MƏDƏTOĞLU: YANVAR HAVASI
YAZARLAR 09:31 / 23.01.2022

Yazını yazmağa  başlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik. Yəni   günümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöp   qoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi də səhəringözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı mikrobun korlaması və bir dəözünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədası oldu. Yəni  vurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünür bir az tələskənliyə  yol verib. "Ol"un dərəcəsi   kimlərinsə payına bir az artıq düşüb və  onlar da "ol"duqları zaman üçqat "ol" olublar, adamlıqları   fontan vurub. Ona görə də fontanın yerin   altından nələr çıxardığını hamımız  bilirik və ortalığa nələrin gəlib  düşdüyünü hamımız görürük. Lap kəsəsi, fontan təkcə neft-qaz çıxarmır üzə, həmdə zir-zibili atır yerin altından yerin üstünə. Bu lap üçqat, dördqat"ol"dan yaranan adamlar həmin tullantılardı, əlimizə-ayağımıza  dolaşır, üst-başımıza bulaşırlar... Biz də onların "hava"sına dözə-dözə  ömrümüzün müəyyən hissəsini bada veririk... Nə isə...

Bəli, yanvarın  qış havası artıq hakimdi!. Və bu havanın içərisində bir istilik axtarmaq  arzusu da  nə qədər ürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədərdə asan olmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdanyaya qədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılmasıqeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar. Dədələrsöyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtında yetişər".

İndi mənim istəyimərəğmən gerçək olan budur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı,qar-borandı. Ondan qorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özüdə bir gözəllikdi. Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərinimən doğulduğum bölgədə, xüsusilə öz kəndimizdə böyük zövqlə yaşamışam. Kənd evlərinin   damından göyə millənən tüstüdən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbə  tərəf gedən qarüstü ləpirlərə tərəf hər şey insana bir paklıq aşılayır, bir ürək   sevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən yolidi və yaxud sübhdən evlərin damından göyə millənən tüstülər həyatın oyanışıidi. Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxud səriştəsiz adamlar qış səhərlərini  yuxudan oyanıb isti yorğanın altından qalxmağa heç həvəs göstərmirdilər. Ammahansı evdə ki ağsaqqal, ağbirçək var idi, təcrübəli qadınlar evi idarə edirdi,o evlərdə odun sobaları sönmürdü. Axşamdan sobaya qoyulmuş iri palıd kötükləri  səhərə qədər hər evin temperaturunu qaydasında saxlayırdı, həm də sobanı yenidən alışdırmağa ehtiyac olmurdu...

Mən bu xatirələrin  şirinliyinə uyub bir az Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım Masazırda  hərdən göz gəzdirirəm, burada da tək-tək evlərin damından tüstü çıxır. O tustu    mənim  içimdə közərən odu, qoru sönməyə qoymur. Elə bil ki, bu həyatın mənə bir sitəmidi,ya da dözümə çağırışıdı. Amma hər nədisə acılı, şirinli bir dərsdi. O dərsioxumamaq, öyrənməmək mümkün deyil...

Bəli, bax elə bu   ovqatın içində mən bir anlıq silkələnib   yuxudan oyanmış adamlar kimi özümə dönürəm. Və baxıb görürəm ki, bu qış günü ürəyimi   isidən, içindəki ümid işartısını sönməyə qoymayan həm də Sənsən! Deməli, Sən həm də mənim  ruhumun Tanrısısan. Ona görə də Sənə pıçıldayıram:


Dilim-dilim olsun dilim

Əzabdı  hər ayım, ilim...

Yuxuda  gördüm ki, gülüm -

Sənr  uhumun Tanrısısan!


Yanağıma  yaş saldı iz

Haqq  önündə diz çökdüm, diz!

Anlaya bilmədik ki, biz -

Sən   Ruhumun Tanrısısan!


Kəssədə lap əyri düzü

Hər   istəyin iki üzü...

Sən  olmaz hər qızın yüzü -

Sən   ruhumun Tanrısısan!


Baxt  özü o baxtdı, bilir

Vaxt  həmin o vaxtdı, bilir!

Allah özü  haqqdı, bilir -

Sən ruhumunTanrısısan!..


***

İnsan həyatının bütün məqamları mənim düşüncəmə görə, bir zəncir   halqası kimi ovqatdan keçir. Yəni hər an bir ovqata kökləndiyindən həyatımız rəngarəngolur.  "Dünyaya gələn dünyadan hansısa bir şəkildə   gedir!" - deyiblər. Bunu ləngitmək və yaxud da başqa bir formaya salmaq  qeyri-mümkündü. Bu gerçəkliyin içində bir başqa gerçəklik də var. Bu da bizim   barışmamaq, razı qalmamaq gerçəkliyimizdi. Yəni biz olanlarla yalnız 40 gündən   sonra barışmağa başlayırıq. Bunu da dədələrin dediyi "torpağın üzüsoyuqdu" kəlamıyla.

Deməli, bax, bu  üzü soyuq torpaq qışda bizi üst qatda üşütsə də, alt qatda qoruyur, hifz eləyir.Mən bunu elə-belə, sözgəlişi yazmıram. Demək istəyirəm ki, hər qatın özmissiyası var. Və insanın iç dünyasındakı qatlar da elə torpağın qatları   kimidi. Orda sevincin də, kədərin də, işığın da, qaranlığın da savabla mərdimazarlığın da, ümidləümidsizliyin də... öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha çox üz   tuturuqsa, meyl salırıqsa, onlar diqqət mərkəzinə çıxır. Və burda genetik kod da var. Gendən gələn meyllilik   daha çox qabarır, daha çox öndə olur. O da   öz qabartısıyla, öndə olmasıyla digərlərinin diqqətini çəkir. Beləcə,özümüz də bilmədən həmin o önə çıxmış qatın missiyasını başqalarına yönəldirik.Bax, yazımın önündə söylədiyim mikrobdan tutmuş, bəduğura qədər... sevincpaylayandan xoş aura bəxş edənə qədər burda hər şey özünü ifadə etmiş olur. Məndə yazımın sarı simində elə bunları demək, bunları önə çıxarmaq istəyirəm. Həmin istəyimi indiki anda oxucu ixtiyarınaburaxıb yenə yönümü sənə çevirirəm. Çünki səninlə danışanda içimdəki bütün istəklərin   işığı artır, ümidi şölələnir. Axı, bizbu dünyada bir-birinə doğru uzanan əllər kimi havada qalmışıq. Və elə bu havada   qalan əllərin pıçıltısı olaraq deyirəm:

Sən

"get"də

israrlı

mən isə"qal!"da

odur ki,

bu israrlı təzadda

heç bir halda

çin olan deyil -

həyatda,

nə də ki,

xəyalda...

bu səbəbdən

mən də,

elə sən də

girinc qalacağıq

üstəlik

yuxusunu   qaçıracağıq

hələ də

cavabı bilinməyən

sualın da?!

***

Bəli, hər günsual, hər gün nida və digər durğu işarələri yaşamın göstəricisidir bizdən asılı   olmadan. Biz bu göstəriciləri cavablaya-cavablaya nöqtəyə doğru gedirik. Bunu səndə bilirsən, mən də, elə hamımız da. Getməyə də bilmərik. Çünki getməmək, yerində durmaq istəyi sadəcə və sadəcəelə istəkdi. O ki qaldı bir gerçəkliyə, yəni bütün istəklərə... onların   hamısının nə vaxtsa çin olacağı özü də bir xəyaldı. Axı dünyada heç bir insanın  bütün xəyalları, bütün arzuları çin olmayıbdı.  Bilirsiniz niyə? İstəkdən istək   doğur axı! Bu gün barışdığın nəticə sabah ya səni qane etmir, ya narazı salır,ya da ondan bir pillə kimi istifadə edib ikinci addımı atmağa çalışırsan. Və...

Hə, bu söylədiklərim   filosofluq deyil, hamının bildiyi reallıqdı. Sadəcə, mən yazımın ovqatına uyğun   olaraq sözgəlişi dilə gətirdim. Axı indi yanvarın bir qış günüdü, çöldə qışhavası var. Bu hava da adamı isti guşəyə   səsləyir, isti bir sözə, hətta ovqata köklənməyə tərəf itələyir. Nə yazıq ki,belə anın özündə də ikinci bir soyuqluq hardansa tək səbrə çevrilir. Bax, biraz pafoslu, bir az da zarafat donlu bir şəkildə söyləsəm, yetimi onda ağlamaqtutur. Və yaxud da dərd batmanla gəlir...

İndi bütün buyazı boyu söylədiyim fikirlərin qoyacağım   nöqtəsinə yaxın bir yerdə dayanıb özümə  kənardan baxmaq istəyirəm. Baxıbnə görəcəyimi kim necə təxmin edir etsin, mən isə gördüyümü kimsəyə demədən ürəyiminbir küncünə büküb atıram. Elə bir küncə ki, orda olanlardan ancaq sən xəbərdarsan.Sənin bildiyini isə təbii ki, bir də Allah bilir. Elə o dediyim sonuncu fikrinipindən tutub bir şeir demək istəyirəm. Demək istəyirəm ki:


Mən üzülmüş yarpağam

Çeşmədə nov edərsən...

Suyu yaxşı süzməsəm-

Bir az söz-sov  edərsən!..


Təki gözün önündə

Kirpik ucunda  olum...

Yolun üstümdən  keçsə -

Yolunda bitsin   yolum...


Böyük istəklərim   yox,

Səni çətinə  salsın...

Bircə qəlbim   ağlında -

Ağlım, qəlbində  qalsın!..


Bəli, bu yanvar  ayının qış havasında ovqatınıza bir az istilik qatmağa çalışdım. Doğrudur, mənim   ovqatımı qış havasına köklədilər, amma mən ürəyimin işıqlı qatından boylanıb  sizinlə işıq paylaşmağa çalışdım. Deyirlər ki, varını verən utanmaz. İndi özünüz  də dünya görmüş insanlarsınız. Ən azından işığın sizə heç bir zərəri dəyməyəcəyinə  mənim kimi siz də əminsiniz. Ona görə də bu havada, yəni bu yanvar günündə işığınız sönməsin! - deyirəm.


6415 oxunub

InvestAZ