XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
KRİMİNAL 09:52 / 22.01.2022

Masallı rayonunun Qızılağac kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən    Yenisəs.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


6746 oxunub

InvestAZ