XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Polis fədakarlıq etdi, bəs xəstəxana...
HÜQUQ 13:34 / 19.01.2022

Deməli, mətbuatda oxudum ki,  21 yaşlı bir gənc avtoqəzaya uğrayıb. Abşeron rayon Dövlət Yol Polisinin əməkdaşı, polis kapitanı Vaqif Sadıqov yaralını dərhal Təcili Tibbi Yardıma çatdırıb. Amma orada qəbul etmədilər ki, xəstə xeyli qan itirib. Bundan sonra polis kapitanı gənci Semaşkoya çatdırıb. Təəssüf ki, xəstənin vəziyyətinin ağır olduğunu bilib qəbul etmədilər. Daha  sonra Vaqif Sadıqov xəstəni Travmatalogiya İnstitutuna çatdırıb. Allaha  şükür, burada qəzaya uğramış gənci əməliyyat ediblər, qanaxması dayanıb və polis kapitanı yaralı özünə gələnədək gözləyib.

Bəli, polis işçisi bir insanı ölümdən xilas edib. Amma bizi məsələnin başqa tərəfi maraqlandırır. Birincisi, Təcili Yardıma çatdırıb, amma  yuxarıda dediyi kimi çoxlu qan itirdiyindən qəbul etməyiblər. Ola bilər ki, Təcili Yardımda belə şərait olmasın, amma Azərbaycanda Xüsusi Təcili Yardım Ambulansları var ki, onda ən ağır xəstəni əməliyyat etmək üçün şərait var. Nə isə, Təcili Yardımı unudaq. 

Bəs Semaşko xəstəxanasına sözünüz nədir? Necə yəni, xəstənin vəziyyəti ağırdır, qəbul etmirəm. Bəs sən hansı xəstəni qəbul edirsən?

Bəlkə polis kapitanı yaralını xəstəxanalar boyunca gəzdirənəcən iş işdən keçəydi. Bəs onda nə olacaqdı? Məsuliyyət kimin üstündə qalacaqdı?(adalet.az)

Yenə şükürlər olsun ki, hər şey yaxşı qurtarıb.  Semaşko xəstəxanasının rəsmi açıqlamasını gözləyirik ki, niyə xəstəni qəbul etməyib.


5298 oxunub

InvestAZ