Sonra görüşərik dedi, Sonra olacaqmı... bir də?!
İçimdə bir sonra öldü -
Üstündə durduğum yerdə...
Bu adi bir təsəllimi,
Yoxsa təsəlli boyatı?!
İndi olub söz yığını -
Çoxdan çağrılmış bayatı...
Mən sözün şahı, nökəri
Həm də sözə biət edən!
Daşa ilişib təkəri -
Sözün, gülmə baxıb gedən!
" Sonra " da sözdü, həm fikir
Olacaq, sevgi olduqca...
Oturub edirəm zikir -
Şəklimin gözü dolduqca...
17587 oxunub