XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Şəmkirdə 23 yaşlı qadın itkin düşüb - FOTO
KRİMİNAL 12:27 / 09.01.2022

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova dekabr ayının 31-də gecə saatlarıda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Qurbanovanın əlamətləri belədir: boyu 160 sm, dolu bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy köynək, qara rəngli cins şalvar və qara rəngli gödəkcə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 751-71-98 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


9061 oxunub

InvestAZ