XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Erməni boksçu rinqdə aldığı zərbədən öldü - VIDEO
KRİMİNAL 09:39 / 09.01.2022

Rusiyanın Tolyatti şəhərində keçirilmiş "Rinqin kralları" adlı boks turnirində ölüm hadisəsi baş verib.

Yenisəs.az  "Unikal"-a  istinadla  xəbər verir ki, 76 kq çəki dərəcəsində erməni əsilli idmançı Arest Saakyan İqor Semerninlə qarşılaşmada aldığı zərbədən komaya düşərək, 10 gündən sonra həyatını itirib.

Səkkizinci raudda yerə sərilən Saakyan xəstəxanaya çatdırılıb. Ona baş beyninin axıntısı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, erməni boksçu sağalmayıb.

Hadisə ilə əlaqədar Rusiya Boks Federasiyası prokurorluğa müraciət edib. Müraciətdə tibbi xidmətin işini yerinə yetirmə səviyyəsinin və turnirin keyfiyyətinin yoxlanılması xahiş olunub.



6561 oxunub

InvestAZ