XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Xaçmazda tüfəngin tətiyi çəkildi
KRİMİNAL 09:36 / 09.01.2022

Xaçmazda güllələnmə hadisəsi olub.

Yenisəs.az  bildirir ki, hadisə gecə saatlarında Köhnə Xaçmaz kəndində qeydə allnıb. Rayonun Köhnə Xaçmaz kənd sakini, 1989-cu il təvəllüdlü Cavid Rəhim oğlu Mahmudov ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona həmkəndlisi Mayılov Nail Kərim oğlu tərəfindən münaqişə zəminində xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)



8909 oxunub

InvestAZ