XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Cəlilabaddakı ağır qəzada ölən və yaralananlar var
KRİMİNAL 21:45 / 08.01.2022

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Yenisəs.az   "Report"a istinadla xəbər verir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı "Kon” markalı avtomobilə çırpılması nəticəsində nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


7325 oxunub

InvestAZ