XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində dünyasını dəyişib
KRİMİNAL 19:31 / 08.01.2022

Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açdığı atəş nəticəsində dünyasını dəyişib.


Yenisəs.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) baş verib.


QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.


Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Trend-ə təsdiqləyib.

Araşdırma aparılır.


6005 oxunub

InvestAZ