XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Abşeronda narkotik əməliyyatı
KRİMİNAL 11:16 / 07.01.2022

Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Yenisəs.az  bildirir  ki,  bu barədə    məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti  yayıb.

Keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar.

M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib .  Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub.

Saxlanılan şəxslərdən biri Məhəmməd Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.

Faktlarla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


10489 oxunub

InvestAZ