XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



"FHN polkovniki" beynəlxalq axtarışa verildi
KRİMİNAL 11:49 / 06.01.2022

Saxta polkovnik hərbi forması geyinərək özünü Fövqəladə Hallar və Müdafiə nazirliklərinin məsul şəxsi kimi təqdim etməklə dələduzluq etməkdə təqdim edən Rasim Əhmədli beynəlxalq axtarışa verilib.


Yenisəs.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Rasim İkram oğlu Əhmədli barəsində hüquq-mühafizə orqanlarında Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O cinayət işi üzrə istintaqa cəlb edilsə də, istintaqdan yayınıb. Nəticədə onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və R.Əhmədli beynəlxalq axtarışa verilib.


Xatırladaq ki, Rasim Əkbərli əvvəllər də bir neçə dəfə məhkum olunub. O özünü Fövqəladə Hallar və Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadıb, həmçinin I Qarabağ müharibəsinin qazisi adı ilə xaricdə yaşayan azərbaycanlı iş adamlarından pul alıb.


8820 oxunub

InvestAZ