XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Çingiz Abdullayev: “İlk zənginizdə uçub gəlməyə və sizə kömək etməyə hazıram”
Gündəm 22:36 / 05.01.2022

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib.

"Qazaxıstan dünyanın ən böyük müsəlman ölkəsidir və orada baş verəcək hər hansı bir sarsıntı bütün Orta Asiyaya, bütün Avrasiyaya təsir edəcək. Bu ölkədə yüz minlərlə oxucum var. Məni Astanada necə qarşıladıqlarını heç vaxt unutmayacağam.

Əziz bacı və qardaşlarım, ilk zənginizdə sizə kömək etməyə və uçub gəlməyə hazıram. 90-cı ilin yanvarında bizim üçün ağır günlərdə Azərbaycanın müdafiəsinə səs verən azsaylılardan biri də Qazaxıstanın xalq şairi Oljas Süleymanov idi. Biz bunu heç vaxt unutmayacağıq. İndi bizim növbəmizdir. Biz hər zaman sizin yanınızdayıq! Hər zaman və hər şəraitdə!”, - deyə məşhur yazıçı özünün "Facebook” səhifəsində yazıb.


9814 oxunub

InvestAZ